Bina və MTK idarəetmə proqramı — Komunex

Yaşayış kompleksi, plaza və biznes mərkəzlərini bir paneldən idarə edin.

Qısaca

Kimlər üçün
MTK-lar, yaşayış kompleksləri, plazalar, biznes mərkəzləri, qarışıq təyinatlı binalar və bir neçə binanı idarə edən şirkətlər üçün.
İstifadə edən şirkət
1 şirkət: Melissa Group
Dəstək
Quraşdırıb təhvil veririk, 7/24 texniki dəstək

Bina və MTK İdarəetmə Sistemi nəyə lazımdır?

Komunex MTK-lar və bina idarə edən şirkətlər üçündür. Mənzil, ofis, obyekt və parkinq haqlarını avtomatik hesablayır, sakinlərdən kartla ödəniş qəbul edir. Borcları, xərcləri və müraciətləri bir yerdə görürsünüz. Sistem Melissa Group-da istifadə olunur.

Yüzlərlə mənzil və ofisin haqqı hər ay Excel-də əl ilə hesablanır, səhvlər mübahisəyə səbəb olur.
Fakturalar hər ay avtomatik yaranır.
Nağd pul və kağız qəbzlər itir, ödənişlər gecikir.
Sakin evdən çıxmadan kartla ödəyir, qəbz kabinetində görünür.
Kimin neçə aydır ödəmədiyini tez tapmaq olmur.
Borclular binanın sxemində rənglə görünür, siyahı Excel-ə yüklənir.
Lift, su, işıq şikayətləri zənglərdə və mesajlarda itir.
Hər müraciətin vəziyyəti izlənir: yeni → icrada → həll edildi.
Su kəsilməsi və yığıncaq xəbəri WhatsApp qrupunda itir.
Elan sakinin kabinetinə və SMS ilə çatır.

Sistem nələri bacarır?

Avtomatik fakturalar

Qiyməti bir dəfə təyin edirsiniz: mənzil üçün m²-yə görə, ofis üçün ayrı, parkinq üçün sabit məbləğ. Fakturalar hər ay seçdiyiniz gündə özü yaranır.

Kartla onlayn ödəniş

Sakin istənilən vaxt Kapital Bank-ın təhlükəsiz səhifəsində kartla ödəyir, pul birbaşa şirkətin hesabına gedir, borc avtomatik bağlanır.

Borc nəzarəti

Binanın sxemində hər mənzil, ofis və parkinq yeri rənglə görünür. Gecikmiş borc üçün sakinə avtomatik SMS gedir.

Müraciət və elanlar

Sakin şikayətini kabinetdən yazır, bina idarəçisi onu texniki işçiyə verir. Elanlar bütün binalara və ya seçilən binaya, istəsəniz SMS ilə də gedir.

Hesabatlar

Hesablanan və yığılan məbləğ, xərclər növə görə və hər binanın borcu. Siyahılar Excel-ə yüklənir.

Rollar və icazələr

Direktor, mühasib, bina idarəçisi, texniki işçi və sakin — hər kəs yalnız öz işinə aid bölməni görür.

Gündəlik işdə necə işləyir?

  1. 1-ci addım

    Binaları əlavə edir, mənzil və ofisləri mərtəbə üzrə bir dəfəyə yaradırsınız.

  2. 2-ci addım

    Mənzil, ofis, obyekt və parkinq üçün qiymətləri təyin edirsiniz.

  3. 3-ci addım

    Sakinlər telefon nömrəsi ilə öz kabinetinə girir.

  4. 4-ci addım

    Kapital Bank-ı qoşursunuz, kartla ödəniş işə düşür; fakturalar, ödənişlər və borclar paneldə görünür.

Bu sistemi istifadə edən şirkətlər

Tez-tez verilən suallar

Bina və MTK İdarəetmə Sistemi hazırdır, yoxsa sıfırdan hazırlanır?

Sistem hazırdır və real müştərilərdə istismardadır. Sizin ehtiyacınıza uyğun quraşdırıb təhvil veririk.

Bu sistemi hansı şirkətlər istifadə edir?

Melissa Group.

Kimlər üçün uyğundur?

MTK-lar, yaşayış kompleksləri, plazalar, biznes mərkəzləri, qarışıq təyinatlı binalar və bir neçə binanı idarə edən şirkətlər üçün.

Texniki dəstək varmı?

Bəli, 7/24 texniki dəstək göstəririk.

Qiyməti necə öyrənə bilərəm?

Qiymət ehtiyacınıza və quraşdırmanın həcminə görə müəyyən olunur. +994 50 674 00 00 nömrəsinə zəng edin və ya [email protected] ünvanına yazın.

Bina və MTK İdarəetmə Sistemi sizə uyğundurmu?

İşinizi danışın, sistemi sizin ehtiyacınıza uyğun necə quraşdıra biləcəyimizi deyək.

Digər sistemlərimiz