Abunəçilər, paketlər, ödənişlər və şəbəkə bir paneldə: PPPoE və Hotspot idarəetməsi, avtomatik paket yeniləmə, FreeRADIUS və MikroTik inteqrasiyası.
Qısaca
Backend-in ISP billing sistemi Azərbaycanda 12 internet provayderində istismardadır. Ödəniş gələndə abunəçi avtomatik aktivləşir, müddəti bitəndə sistem paketi özü yeniləyir və ya bağlayır. Provayderin əlavə xidmətləri (IPTV, SIP, statik IP, kabel TV) və borcları da eyni sistemdə hesablanır.
PPPoE və Hotspot abunəçilərini bir paneldən qeydiyyatdan keçirin, aktivləşdirin və deaktiv edin.
Ödəniş gələndə abunəçi özü aktivləşir, paket müddəti bitəndə avtomatik yenilənir.
Autentifikasiya, onlayn sesiyalar və traffik mühasibatı billinglə bir yerdədir.
Router-lərinizlə birbaşa API bağlantısı qurulur.
IPTV, SIP telefon, statik IP və kabel TV borcları eyni sistemdə hesablanır.
Abunəçiyə SMS, WhatsApp və mobil push bildirişləri gedir.
Müştəri zəng edib balansını öyrənir, sesiyasını sıfırlayır, vədli ödəniş götürür.
Ödəniş sistemləri ilə inteqrasiya və nəğd ödəniş qəbulu.
Abunəçini sistemə əlavə edir, paketini seçirsiniz.
Sistem FreeRADIUS və MikroTik ilə şəbəkəyə bağlanır.
Abunəçi ödəyir, xidmət avtomatik aktivləşir.
Müddət bitəndə paket yenilənir və ya xidmət bağlanır, abunəçi bildiriş alır.
Sistem hazırdır və real müştərilərdə istismardadır. Sizin ehtiyacınıza uyğun quraşdırıb təhvil veririk.
Azstarnet, Setnet, Xannet, Selnet, Uplink, Ulduzunet, ClassNet, Azerlink, Azerlink-Tech, TTnet, Sline, Superoptic.
İnternet provayderləri (ISP), kabel TV operatorları və PPPoE/Hotspot xidməti göstərən şəbəkə şirkətləri üçün.
Bəli, 7/24 texniki dəstək göstəririk.
Qiymət ehtiyacınıza və quraşdırmanın həcminə görə müəyyən olunur. +994 50 674 00 00 nömrəsinə zəng edin və ya [email protected] ünvanına yazın.
İşinizi danışın, sistemi sizin ehtiyacınıza uyğun necə quraşdıra biləcəyimizi deyək.